Moskvada Nikolay Sklifosovskiy Elmi Tədqiqat İnstitutunda yeni növ koronavirusa (COVID-19) yoluxan xəstələrin müalicəsi üçün yeni üsul tətbiq olunacaq. SİA xəbər verir ki, bu müalicədə heliumdan istifadə olunacaq.
Rusiyanın Səhiyyə Nazirliyindən verilən açıqlamaya əsasən, Nikolay Sklifosovskiy Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri heliumun COVID-19-un müalicəsində təsirini görmək üçün artıq sınaqlara başlayıblar.
Belə ki, kəskin ağciyər xəstəliklərinin müalicəsində heliumun effektivliyi bu qazın xüsusi özəlliyi kimi vurğulanıb və əlava edilib ki, helium qandakı qaz tərkibini normallaşdırır, balansı bərpa edir, beləliklə, helium ağciyərdə oksigen aclığının və COVID-19-un fəsadlarının qarşısını alır.
Hələ sınaq mərhələsində olan bu müalicə üsulu vasitəsilə xəstə 15 dəqiqə ərzində xüsusi aparatın köməyi ilə 92 dərəcəyə qədər qızdırılmış helium oksidi ilə nəfəs alır. Bu vaxt ağciyərlərdə qan axışı artır və oksigenin yayılması yaxşılaşır, tənəffüs yollarının müqaviməti azalır və əzələlər zəifləyir.
Virusun bu temperaturda azalacağını düşünən rusiyalı mütəxəssislər xəstənin bu temperaturdan təsirlənməyəcəyini bildirirlər.
Hələ sınaq mərhələsində olan bu müalicə metodunun ABŞ və Fransa da daxil olmaqla 10 ölkədə maraqla qarşılandığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB