COVİD-19-un ev şəraitində karantin QAYDALARI - ÖZƏL

COVİD-19-un ev şəraitində karantin QAYDALARI - ÖZƏL

Dünyanı bürüyən koronavirus təhlükəsi ilə mübarizə məqsədilə xarici ölkələrdən gələn şəxslərin 14-21 gün ərzində karantində qalması vacib sayılır. Həm Ümudünya Səhiyyə Təşkilatı, həm də bir sıra ölkələrin Səhiyyə Nazirlikləri, eləcə də digər dövlət qurumları xəbərdarlıq edir ki, xarici ölkələrə işgüzar və ya digər səfərdən qayıdanlar ilk növbədə yaradılan xüsusi Qərargahlara xəbər verməli, həmin şəxslər ən azı 14 gün ərzində ev şəraitində karantində qalmalıdırlar. Bəs görəsən COVİD-19-un ev şəraitində karantin qaydaları necədir?

Mütəxəssislər bildirir ki, karantin müddətində evi tərk etmək qadağandır. Hətta zibil atmaq, yemək almaq və ya bağlama ala bilməyəcəyinizi söylədi. Mümkünsə ayrı bir otaqda olmalı, ayrıca qablar, dəsmal və şəxsi gigiyena məhsullarından istifadə etməlisiniz. İnternet və ya könüllülərin köməyi ilə ərzaq və digər zəruri mallar almalısınız.

Bundan əlavə, ailə üzvləri və başqaları ilə əlaqə istisna edilməlidir. Şəxsi qoruyucu vasitələr və dezinfeksiyaedici gellər də istifadə edilməlidir. Əllər sabunla yuyulmalı və ya yeməkdən əvvəl, ağız, burun və gözlərin selikli qişaları ilə təmasdan əvvəl və tualetə getdikdən sonra antiseptiklə müalicə edilməlidir.

Otağı mütəmadi olaraq havalandırmaq və yuyucu vasitələrlə təmizləmə aparmaq lazımdır. Zibilləri ikiqat davamlı zibil torbalarına yığmaq və mənzilin kənarına qoymaq lazımdır. Tullantıları dostlar, tanışlar və ya könüllülər tərəfindən atılmağı xahiş edə bilərsiniz.

Karantin müddətində olan şəxslər nəzarətdə olmalı, temperatur hər gün ölçülməlidir. Karantinin onuncu günündə həkimlər tərəfindən COVID-19-la bağlı sınaq keçirmək üçün burnundan və ya boğazdan nümunə götürülməlidir.

Karantin müddətində xəstəlik əlamətləri olmazsa və götürülən testlərin nəticəsi mənfi olarsa həmin şəxslər 14 günlük təcriddən sonra normal həyatlarına qayıda bilərlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə