Son zamanlar illərdir şəkərli diabet, ateroskleroz, trofik xora xəstəliyindən əziyyət çəkən insanların artıq 65-70 yaşında aşağı ətraflarda başlayan qanqrena səbəbindən ayaqlarının amputasiya oluması faktları artıb. Xəstənin yaxınları üçün böyük şok və stress olan bu hal əslində illərdir dərinləşən problemin son nəticəsidir. Heç kim ayağını itirmək istəmir, heç kim əlil olmaq istəmir.
Amma təəssüf ki, çox həkimlər xəstəni müalicə etmək əvəzinə, qısa yolu təklif edir: amputasiya et, qanqrena dayansın. Amputasiyadan sonra isə xəstənin necə yaşaması, ümumiyyətlə yaşayacağı heç kimi maraqlandırmır. Müsahibəni hazırladığım ərəfədə mövzunu araşdırarkən qarşıma çıxan faktlar, şəxsi təcrübəmiz və klinikalarda rastlaşdığım xəstə və yaxınları Azərbaycanda diabetik ayaq sindromunun diqqətdən kənarda olduğunu, xəstənin yalnız qanqrena başlayanda hərəkətə keçdiyini göstərdi.
Azərbaycanda diabetik pəncə, qanqrenalı ayaqlar və trofik yaralar üzrə fəaliyyət göstərən klinikalardan biri də Bioloji Təbabət klinikasıdır. Burda yara şöbəsinin əsas həkimi terapevt Arzu Musayeva 20 ildən çoxdur ki, trofik xora, yara və diabetik ayaqların müalicəsi ilə məşğul olur. Artıq bu mərkəz ölkə xaricində də tanınır, əcnəbi pasiyentləri qəbul edir.
Medicina.az diabetik ayaq və trofik yaralardan əziyyət çəkən insanların ümid yeri olan Arzu Musayevadan müsahibəni təqdim edir:
-Arzu xanım, ölkədə diabetik ayaq sindromundan əziyyət çəkən, ayağını itirmək təhlükəsi altında olan insanların sayında artım var. Bir çox klinikalar, mərkəzlər də var. Bəs Bioloji Təbabəti digər klinikalar və müalicələrindən fərqləndirən cəhətlər nədir. Bura gələn xəstələri nələr gözləyir?
-Son vaxtlar aktuallaşan diabetik pəncə sindromu ilə bağlı artıq çox klinikalarda müvafiq şöbələr yaradılıb. Onlar hamısı ənənəvi təbabətin xüsusi protokolları ilə işləyir. Bioloji Təbabət klinikasında aparılan müalicələr həm metodika, həm dərmanların tərkibi və təsiri baxımından çox fərqlidir. Bu müalicələrlə diabet xəstələri üçün aktual olan çox problemləri geridə qoymaq, diabet xəstəliyinin gələcək fəsadlarından pasiyentləri qorumaq mümkündür.
Bioloji təbabətlə aparılan müalicələrdə yan təsirlər, əks göstərişlər, adət etmə və ləğv etmə sindromu olmadığı üçün xəstələrdə o preparatları tam sağalana kimi uzun müddət tətbiq etmək mümkündür.
Müxtəlif metodikalar tətbiq edirik. İlk növbədə illərlə yığılan zəhər və toksinlərdən orqanizmin drenaj detoksikasiya ilə təmizlənməsi, aşağı ətrafların arterial damar təchizatını artırmaq üçün bioloji aktiv nöqtələrə preparatların yeridilməsi, diabet xəstələri üçün xarakterik olan neyropatiyanın nevral terapiya ilə müalicəsi tətbiq olunur.
Trofik xoraların müalicəsi Bioloji təbabətin protokolları üzrə aparılır. Belə deyək bizim öz xüsusi qaydalarımız var. Burda təkcə yerli müalicə yox, həmin xoranı yaradan, formalaşdıran daha dərin amillərin patogenetik müalicəsinə yönəlirik.
Bİzə gələn xəstələr təəssüf ki, lap başlanğıcda müraciət etmirlər. Onlar çox yerləri, həkimləri gəzir, nəticə əldə etmədikdə son şans olaraq bizə gəlir, ya da klinikamız haqqında gec xəbər tuturlar.
Statistika olaraq deməzdim tam 100%-i, amma ayağın kəsilməsi hökmü oxunmuş xəstələrin 80%-ni amputasiyadan xilas edə bilmişik. Bu da Bioloji təbabətin uğurudur ki, insanlarımızı əlillikdən, şikəstlikdən xilas edir.
- Niyə xəstənin ayağında sağalmayan yara əmələ gəlir, niyə qanqrenanın müalisəsi çətindir?
- Trofik xoralara yalnız şəkərli diabet, neyropatiya deyil, aşağı ətrafların damar pozğunluğu, ateroskleroz, stenozlar səbəb ola bilər. Bu müalicəyə çox çətin tabe olan xəstəlikdir. Ateroskleroz 20 yaşdan sonra bütün insanlarda başlayan, qocalıq dövründə daha da artan fizioloji prosesdir. Onu sürətləndirən amillər çoxdur. Stress, yağlı qidalanma, diabet, siqaret, narahat ayaqqabı və s. aşağı ətrafların damarlarının tıxanmasına gətirib çıxarır. Arterial damar şəbəkəsinin qanla təchiz etdiyi toxumalarda nekro- trofik pozuntuların özülü qoyulur. Əgər damar tıxanıbsa, toxumada trofik dəyişiklik varsa, bu xəstələrə yalnız bioloji təbabət müalicəsi təyin olunmur. Periferik ətrafların kollateral qan dövranını artırmaq vəzifəsi də durur. Burda amputasiyaya gedən yolu uzadırıq, xəstənin daxili, yerli immunitetini qaldırırıq, xəstənin bioloji təbabət müalicəsinə verəcəyi cavabı dəyərləndiririk. Amma digər venoz yaralarda, venoz, arterial trombozlarda, trofik xoralarda isə bioloji təbabət təkcə çox gözəl effekt verir.
30 illik terapevtlik müddətində yüzlərlə xəstədə trofik yaraların müalicəsinə nail olmuşam, yüzlərlə insanın əlil olmasının qarşısını almışıq. Əlbəttə müalicəyə tabe olmayan hallar da olub. Gecikmiş formada olsa da biz müalicədən imtina etmirik, əgər xəstə təkid edərsə başlayırıq. Amma yaxşı olar ki, başlanğıc mərhələdə müraciət etsinlər. Xəstələr amputasiya sözünü eşidəndən sonra bizi axtarırlar. Xüsusən şəkərli diabet xəstələri hələ ayaqlarda trofik yara, toxuma dəyişikliyi olmadan profilaktik məqsədlə müalicələr alsınlar. O zaman onlarda vaxtında damar tıxanıqlığı aşkarlanacaq və aşağı ətraflar öncədən qorunacaq.
Sevindirici haldır ki, bu gün 3 diabet xəstəmiz profilaktika məqsədilə müraciət edib. Onlara bioloji təbabət metodikalarını tətbiq edərək, həm damar tıxanıqlığı, həm neyropatiya, həm şəkərin digər orqanlara təsirinin qarşısını alırıq. Ən çətin müalicələr okluziyada gedir. Əgər damar tıxanıqlığı çoxdursa, angioplastika əməliyyatına göndərilir. Klinikada xəstəyə kompleks müalicə aparılır: cərrah, fleoboloq, invaziv radioloq, endokrinoloq birlikdə– pasiyent üçün lazım olan bütün məsləhətləşmələri edirik.
-Burda nekroz və trofik yaraların müalicəsində ozontepapiyanın tətbiq olunduğunu gördük. Azərbaycanda çox fleboloqlar diabetik pəncə və xora müalicəsində ozonterapiyanın heç bir effekt vermədiyi barədə məlumatlar verir. Sizin buna münasibətiniz?
-Ozonterapiya bizim müalicəmizdə bazis yox, köməkçi müalicə kimi tətbiq olunur. Bəli, tətbiq edirik, çünki elə ilk günlərdə pasiyentin qanında nə qədər müsbət dəyişikliklər olduğunun vizual olaraq şahidi oluruq. Ozonlaşdırılmış qan orqanizmə yeridildikdən sonra pasiyentin zahirən görünüşündə, üzündə, özünü hiss etməsində nə qədər müsbət dəyişikliklər olur.
Yerli olaraq ozon terapiyada ozon çəkmələrindən istifadə edirik. Hər ozonçəkmə terapiyasından sonra yaranın qranulyasiyanı, təmizlənməni, toxumaların oksigenlə təchizatını müşahidə edirik.
Ozonterapiya müxtəlif cür aparılır. Bu gün çox yerlərdə bilən də, bilməyən də ozonla müalicə edir. Amma heç də hamı Almaniya texnologiyasını bilmir. Biz alman metodikasını öyrənmişik, effektini də görürük. Bu yaxında klinikamıza gəlmiş kolumbiyalı professor Artur Bernerin tövsiyyələrinə görə də lokal ozon iynələrindən istifadə olunur. Bu iynələri diabet xəstəliyində neyropatiyalarda lokal ozonterapiyanı tətbiq edərək yüksək nəticələr əldə edirik.
Mən praktiki həkiməm, 30 illik təcrübəm var. Hər sahədə bioloji təbabəti sınamışam. 10 ildən artıqdır trofik xoraların müalicəsində ozonterapiyadan gördüyüm nəticəni dana bilmərəm. Kimlərsə görməyib, kimlərsə hardasa keçirilmiş araşdırmaların nəticəsinə inanır, bu onların öz versiyasıdır. Ozonterapiya mənim müalicələrimin həm müddətini qısaldır, həm də keyfiyyətini artırır. Mən o fikirləri qəbul etmirəm.
-Pasiyentləriniz arasında xarici ölkələrdən gələnlər xəstələri gördük. Elə bu yaxında İraqlı qadının müalicəsini bitirdiz. Onlar sizi necə tapır? Öz ölkələrində müalicə effekt vermirmi?
-Bəlkə də Bioloji təbabət klinikası əcnəbi vətəndaşların müalicəsi ilə məşğul olan azsaylı klinikalardan biridir. Sosial şəbəkələrədə yer almış görüntülər, müalicəmizdən fotoları digər ölkələrdəki pasiyentlər də görür. Və təbii ki, heç kəs trofik və şəkər yarasına görə ayağını itirib, şikəst olmaq istəmir. Çixış yolu axtarırlar və bizim klinikanı tapıb müraciət edirlər.
Biz pasiyent gəlməzdən öncə onun vəziyyəti haqqında məlumatlaları alırıq, sənədləri göndərirlər. Əgər gecikmiş formadırsa, müalicə effekt verməyəcəksə, onları qəbul etmirik. Amma yenə də pasiyentin öz seçimidir. Elə xəstə var ən ağır forma olsa da, ümid az olsa da gəlir. Belə xəstələrdən biri İraqdan müraciət etmiş gənc qadın idi. Onun hər iki ayağının aşağı arteriyalarında okkluziya var idi. Diabet xəstəsi idi. Hər iki pəncənin barmaqları quru qanqrenaya məruz qalmışdı. Öz ölkəsində və digər ölkələrdə ona hər iki ayağın buddan amputasiyası deyilmişdi, müalicə məsləhət görülmürdü. Əslində bu qərar protokol üzrə göstərişdir və düzgün də qərardır. Amma konservativ müalicəni sınamaq olardı. Axı təkcə barmaqlar qaralıb deyə kim hər iki ayağını itrimək istəyər. Xəstə amputasiya ilə razılaşmayıb, Azərbaycana gəldi. Biz əvvəldən ona heç nə vəd etmədik. Çünki effekt zamanla bilinəcəkdi.
Son nəticə olaraq aparılan müalicələr nəticəsində aşağı ətrafların qan dövranını artırdıq, qanqrena prosesi dayandı, təkcə barmaqlar götürüldü. Yəni ayaqlar pəncə qarışıq yerində qaldı. Xəstə gələcəkdə müəyyən qədər gəzə biləcək. 2 aylıq müalicə bitib, xəstə sağalmış vəzyyətdə Vətəninə yola salındı.
Əminəm ki, bundan sonra belə əcnəbi xəstələrimiz çox olacaq. Bu da Azərbaycan tibbinin uğurudur.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



