Azərbaycan səhiyyəsinin növbəti uğuru

Azərbaycan səhiyyəsinin növbəti uğuru

Ölkəmizdə son illər ərzində neyrocərrahiyyə sahəsində bir sıra uğurlu əməliyyatlar icra edilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, növbəti uğurlu əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) həyata keçirilib.

Hipofiz vəzinin nəhəng adenoması səbəbi ilə RMDM-ə müraciət edən 50 yaşlı qadının əsas şikayəti tədricən görmənin ciddi pisləşməsi olub. Bu barədə RMDM-in həkim-neyrocərrahı Azər Əkbərov məlumat verib: “Aparılan MRT müayinəsində nəhəng (37 mm) hipofiz adenoması aşkar edildi. Adenoma endoskopik yol ilə xaric edildi. Əməliyyatdan sonra 2-ci gün xəstə görmənin ciddi yaxşılaşmasını qeyd edib. 3 ay sonra çəkilən kontrol MRT-də isə görmə yollarının tam rahat olması diqqəti çəkib. Xəstənin görməsi bərpa olub.”

A.Əkbərov daha bir uğurlu əməliyyatın həyata keçirilməsində birgə əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə