Yeni sertifikasiya qaydaları hazırlanır

Bacarıqlı həkimləri aşkar etmək, eləcə də həkim kadrların daha da çox savadlı olmasına nail olmaq üçün sertifikasiya prinsipləri dəyişdiriləcək. Bunu ilin yekunlarına həsr olunan kollegiya iclasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir qeyd edib ki, yeni sertifikasiya qaydaları tək kompüter imtahanı ilə məhdudlaşmayacaq və tibb işçisinin savadını, praktik fəaliyyət qabiliyyətini daha peşəkar dəyərləndirməyə imkan verəcək. Ekspertlər bildirir ki, sertifikasiya qaydalarının müasir prinsiplər əsasında yenilənməsi tibb sahəsində daha peşəkar kadrların işləməsinə geniş imkanlar yaradacaq.

Bundan başqa, yeni qaydalar həkim səriştəsizliyindən şikəst olmaların, həyatını itirən insanların, eləcə də digər sağlıq travmaları alanların sayının azalmasına səbəb olacaq.

Onu da qeyd edək ki, hazırda həkimlər, tibbi bacıları daşıdıqları vəzifəyə uyğun olub-olmadıqları, eləcə də daha yüksək tibbi bacarıqlarını təsdiqlətmək üçün nazirliyin həyata keçirdiyi sertifikasiya imtahanlarından keçməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə