Cari ildə vərəmlə bağlı fəaliyyəti planı müvəffəqiyyətlə icra edilib

Cari ildə vərəmlə bağlı fəaliyyəti planı müvəffəqiyyətlə icra edilib

"2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nın icrası məqsədi ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 2017-ci il üçün Fəaliyyət Planı hazırlayıb və müvəffəqiyyət ilə icra edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlərdən biri də vərəmin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması olub.

Bu çərçivədə ETACXİ-nun həkimləri tərəfindən ölkənin bütün həkim-ftiziatrları üçün "Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına dair müasir yanaşma" adlı təlimlər keçirilib. Həmçinin, ETACXİ-nun həkimləri tərəfindən vərəm xəstələrin nəzarətli müalicəsində iştirak edən tibb bacıları üçün “Vərəmin aşkarlanması və nəzarətli müalicə” adlı təlimlər keçirilib. ETACXİ-nun Milli İstinad Laboratoriyasının mütəxəssisləri tərəfindən regional və mikroskopiya laboratoriyaların həkim və orta tibb işçiləri üçün "Turşuya davamlı mikobakteriyaların mikroskopiya üsulu ilə aşkarlanması" adlı təlimlər keçirilib.

Müalicə-profilaktika müəssisələrində çalışan tibb işçiləri üçün vərəmin aşkarlanması və müalicəsi üçün təlimlər, həmçinin, müvəffəqiyyətlə həyata keçirilib. "Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu"; "Vərəmin aşkarlanması. İnfeksion nəzarət"; "Vərəm/HİV ko-infeksiyası" - adlı təlimlər üçün təlim materiaları hazırlanıb və ölkənin ilkin səhiyyə xidməti həkimləri, GEM mütəxəssisləri, QİÇS-lə Mübarizədə xidmətinin həkimləri üçün təlimlər keçirilib. Burada 400 nəfərdən artıq tibb işçisi iştirak edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə