Təcili yardım briqadaları bayram günlərində iş rejimini gücləndirəcək RƏSMİ

Bütün çağırışlar vaxtında yerinə yetiriləcək.
Təcili yardım briqadaları bayram günlərində iş rejimini gücləndirəcək RƏSMİ

Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının tibbi yardım briqadaları həm 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi, həm də Yeni il günlərində bütün sutka ərzində gücləndirilmiş iş rejimində çalışacaqlar.

Məlumata görə, təcili yardım briqadaları lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunacaq, bütün çağırışlar vaxtında yerinə yetiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə