Diqqət: Cinsi infeksiyalar haqqında bilmədiklərimiz...

Diqqət: Cinsi infeksiyalar haqqında bilmədiklərimiz...

XIX əsrdə həkimlər cinsi yolla ötürülən iki xəstəlik tanıyırdılar: sifilis və qonoreya. Onları romantik olaraq antik məhəbbət allahı Veneranın adına uyğun olaraq venerik adlandırdılar. Bu gün seksual partnyor tərəfindən mükafatlandırılan xəstəlikləri sadalamaq üçün əl və ayaq barmaqları da kifayət etməz..

Cinsi yolla ötürülən xəstəliklərə təkcə xəstəlik törədən mikroblarla yaradılan infeksiyalar kimi baxmırlar. Bu qrupa başlanğıcda ziyansız olan şərti-patogen mikroorqanizmlərdən yaranan xəstəlikləri də aid edirlər. İnsan orqanizmi onların həyatına nəzarət etdikdə özlərini sakit aparırlar, bir nasazlıq baş verdikdə, məsələn, immunitet aşağı düşdükdə - mikroblar aktivləşirlər, sürətlə artırlar və insan həyatını korlayırlar.

Cinsi infeksiya xəstəliklərinin tam siyahısı:

1) Sifilis klassik venerik xəstəlik. Ağ treponema ilə törədilir. Sifilis epidemiyası hələ XV əsrdə Avropanı qorxutmuşdur. Bəziləri də belə fikir yürüdürlər ki, bu xəstəlik insanlıqla yaşıddır və insanlar hələ bizim eradan əvvəl onun haqqında bilirdilər.
2) Qonoreya (və ya tripper) yaxın vaxtlara qədər ən çox yayılmış venerik xəstəlik hesab olunurdu. Onu kofe dənəsinə çox oxşayan qonokokk törədir.
3) Venerik limfoqranulematoza keçmiş sovet məkanında nadir hallarda rast gəlinirdi. Adətən onu ekzotik Asiya və Afrika ölkələrindən gələn turistlər gətirirdilər. Xəstəliyi xüsusi nadir xlamid növləri törədirlər.
4) Yumşaq şankr və ya şankroid Diokrey-Kreftinq-Unn streptobasil adlı törədicilər səbəbindən yaranırlar. Xəstəliyə yoluxmanın asan yolu tailand fahişələridirlər.
5) Donovanoz tropiklərdə geniş yayılmışlar və onu Donovan yadcisimləri adlandırırlar. Xəstə adamla cinsi aktdan sonra yoluxma ehtimalı 1-50 faiz arasındadır.
6) Xlamidioz - ən çox yayılmış cinsi infeksiyadır. Hüceyrədaxili xlamid parazitlərindən törənir. Oral seksdə yoluxma demək olar ki, mümkün deyil.
7) Mikoplazmozu bakteriya, göbələk və viruslar arasında mövqe tutan mikroorqanizmlər törədirlər. Bəzi araşdırıcılar onları şərti-patogen hesab edirlər, cünki onlar müəyyən şərtlər daxilində və ya digər mikroorqanizmlərlə birgə iltihab xəstəliyi törətmək qabiliyyətinə malikdirlər.
8) Ureaplazmoz iriölçülü şərti-patogen ureaplazma virusu tərəfindən törədilir. 1998-ci ildən cinsi yolla ötürülən xəstəliklər siyahısından çıxarılmışdır.
9) Sitomeqalovirus infeksiyası 1956-cı ildə tapılmışdır. Adətən xəstəlik simptomsuz keçir və immuniteti az olan adamlarda hərarət qalxa bilər və baş ağrısı ola bilər.
10) Trixomoniaz aralıq trixomonadından törənir saplaqlı armud formasında olur. Daha çox aralıqla cinsi əlaqədə yoluxma baş verir.
11) Kandidoz qadınlar üçün daha xoşagəlməzdir, kişilərdə hissedilməz keçir. Xəstəlik xəmir mayasına oxşar şərti-patogen göbələkdən törənir.
12) Qardnerellez aralığın normal mikroflorasının pozulmasında qardnerella bakteriyaları sürətlə artırlar. Yalnız partnyorlarını tez-tez dəyişən qadınlar üçün təhlükəlidir.
13) Herpes (yunanca "herpo" - "dırmaşmaq") hər yerdə olan herpes viruslu cinsiyyət üzvlərinin infeksion xəstəliyidir. Böyuklərin 20 faizində bu xəstəliyə rast gəlinir.
14) Papillomavirus infeksiyası. Onun itiuclu kondilom formaları haqqında hələ qədim yunan həkimləri yazmışlar. Hippokrat onları "cinsiyyət ziyilləri" adlandırmışdır. XİX əsrin ortalarında cinsiyyət ziyillərindən virusu ayıra bilmişlər. "İİÇ-infeksiya" qazanılmış immun çatışmazlığı sindromunu və ya QİÇS-i yaradır.

Cinsiyyət infeksiyalarına adətən cinsi akt vaxtı yoluxurlar. Hansı kontaktın (genital, anal, və ya oral) olmasının heç bir fərqi yoxdur. İnfeksiyanın ötürülməsi üçün kifayətdir ki, mikroorqanizm selikli qişaya düşsün (aralıq, ağız, və ya düz bağırsaqda). İntim təhlükəsizliyi və cinsi infeksiyaların profilaktikası qaydalarına əməl edilməməsi, qoruyucusuz təsadüfi cinsi əlaqələr birbaşa cinsi yolla yoluxma xəstəliklərinə aparır.

Diaqnoz

Ani kurort romanından və ya yeni partnyorla keçirilən gecədən iki həftə sonra mütləq həkim-veneroloqa(ginekoloqa və ya uroloqa) getmək və ya aşağıdakı əlamətlərə fikir vermək lazımdır.

1. Cinsiyyət üzvündən qeyri-adi ayrılmalar.
2. Xarici cinsi üzvlərdə yanğı və göynəmə.
3. Sürəkli və ya ağrılı sidiyə getmə.
4. Qarının aşağı nayihəsində diskomfort.
5. Cinsi akt zamanı ağrı.
6. Dəridə və ya selikli qişada ləkə, yara, suluq əmələ gəlməsi.
7. Limfaların böyüməsi.

Cinsi infeksiyalar öz ağırlaşmaları ilə təhlükəlidirlər: müxtəlif daxili üzvlərin iltihabı xəstəlikləri, sonsuzluq, xərçəng. Məsələn , sifilisdən burun qopa bilər.

Dəqiq diaqnozu və xəstəliyin səbəbini yalnız təcrübəli həkim verə bilər. Çox vaxt tənasül üzvlərinin baxışından başqa infeksiyalara görə çoxlu araşdırmalar aparılır: aralıq yaxmasının götürülməsi (xarici tənasül üzvlərindən yaxmalar), bakterioloji əkmələr, İİÇ və RW qan analizləri.

Müalicə

İnfeksiyanın növündən asılı olaraq həkim təyin edir. Partnyorların hamısı müalicə olunmalıdırlar, əks təqdirdə effekt alınmayacaq.
Yaxşı olar ki, müalicə vaxtı cinsi həyatdan uzaq olasınız və ya qoruyuculardan istifadə edəsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə