Tibb müəssisələrində psixoloq ştatları açılıb

Tibb müəssisələrində psixoloq ştatları açılıb

Bu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Psixi sağlamlıq sahəsinin aparıcı mütəxəssisləri, Ümümdünya Səhiyyə Təşkilatının ölkədaxili ofisinin, Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.

Psixi Sağlamlıq Günü 1992-ci ildən etibarən müntəzəm olaraq hər il 10 oktyabr tarixində qeyd olunur. Konfrans Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsinin Psixi Sağlamlıq Gününə dair müraciəti ilə başlayıb. Bu ilin mövzusu "İlkin Psixoloji Yardım" a həsr edilib.

Konfrans iştirakçıları ilk olaraq dövlət tərəfindən ilkin və ixtisaslı psixoloji yardıma ayrılan böyük diqqətdən danışıblar. Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən 2016-cı ildən etibarən böyük tibb müəssisələrində psixoloq ştat vahidləri açılıb.

Azərbaycanlı mütəxəssis İ.Rüstəmov Harvard psixi sağlamlıq üzrə təhsil proqramının iştirakı haqqında məlumatlar verib.

Maraqlı diskussiya və çıxışlarla yadda qalan tədbirdə R.Salayev ÜST və Lissabon Universitetinin Psixi Sağlamlıq Siyasəti və Xidmətinin birgə proqramı haqqında, A. Sultanova Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş psixoloji müayinəyə dair metodik tövsiyələrə dair təqdimatla, F. İsmayılov isə ilkin psixoloji yardımın RAPİD modeli haqqında məlumatlarla çıxış ediblər.

Sonda konfrans iştirakçıları psixi sağlamlıq sahəsində ilkin psixoloji yardımın perspektivləri məsələlərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə