"Azərbaycanda dərmanların qeydiyyatı və qiymətlərinin tənzimlənməsi qaydalarına müəyyən düzəlişlər olunacaq". SİA-nın xəbərinə görə, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xarici ölkə valyutalarının məzənnəsinin dəyişməsi ilə əlaqədar dərman şirkətlərinin Azərbaycan hökumətinə etdiyi müraciət artıq öz həllini tapıb: "Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıq verilib. Yeni qəbul ediləcək sənədlə qaydalarda müəyyən dəyişikliklər olacaq. Dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında müəyyən düzəlişlər olacaq. Hazırda Mərkəzi Bankın həmin günə olan məzənnəsi əsas götürülür. Amma bunun dəyişməsi nəzərdə tutulur və həmin gün üçün valyutanın (dolların) bazardakı real qiyməti əsas götürüləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB