"Hemodializ alan xəstələrin 57 faizi kişi, 43 faizi isə qadınlardır" SƏS TV
"Bu gün ölkədə Səhiyyə Nazirliyinin göstərişinə əsasən hemodializ xəstələri 70 adda dərmanla təmin olunur". SİA-nın xəbərinə görə, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin hemodializ şöbəsinin müdiri Mirhəşim Calalov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən 443 xəstə dializ alır.
M.C. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev söyləyib ki, Azərbaycanda hemodializ xəstələri üçün bərabər şərait yaradılıb: "Azərbaycan MDB-də yeganə dövlətdir ki, burada hemodializ alan xəstələrin növbəsi yoxdur: Car ilin yanvar ayının 1-dən bu günə kimi 600-ə yaxın yeni xəstə qeydiyyata alınıb ki, onlar arasında ağır vəziyyətdə olanlar da var. Ümumiyyətlə xroniki böyrək çatışmazlığı xəstəliyi daha çox orta yaşlı insanlarda rast gəlinir. Bu xəstəlik daha çox 35-50 yaş arası insanlarda qeydə alınır. Belə ki, hemodializ alan xəstələrin 57 faizi kişi, 43 faizi isə qadınlardır".
F. Babayev söyləyib ki, böyrək çatışmazlığına yol açan əsas səbəblərdən biri şəkərli diabet və hiporteniya xəstələrinin sayının artmasıdır: "5 il bundan qabaq Azərbaycanda hemodializ xəstələrinin say göstəricisini araşdıranda bunun səbəbləri arasında böyrək çatışmazlığı birinci sırada idi. Lakin bu gün 27,4 faiz xəstədə xəstəliyin əsas səbəbi şəkərli diabet xəstəliyidir".
Həkim bu sahə ilə bağlı olan problemlərdən də danışıb.
O bildirib ki, ölkədə böyrək çatışmazlığı ilə bağlı ən böyük problem donor məsələsidir: "Hazırda Azərbaycanda böyrək köçürmə əməliyyatı yalnız qohumların donorluğu sayəsində həyata keçirilir. Xəstələr donor olmadığına görə növbədə dayanmaq məcburiyyətində qalırlar. Hazırda 300-ə yaxın xəstə donor növbəsi gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB