"2 900-dən artıq xəstə dövlət hesabına hemodializ müalicəsi qəbul edir"
"Hazırda dünya əhalisi arasında Xroniki böyrək çatışmazlığı (XBÇ) və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə 1 milyon əhalidən 800-1000 nəfərində XBÇ müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır".SİA-nın xəbərinə görə, bu barədə M.C.Cavadzədə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Babayev Fariz media nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən 34 hemodializ mərkəzində (onlardan 26-sı regionlarda, 8-i Bakıda) 2 900-dən artıq xəstə dövlət vəsaiti hesabına proqram hemodializ müalicəsi qəbul edir: " Müqayisə üçün qeyd edim ki, 2003-cü ildə Azərbaycanda 1, 2006-cı ildə isə cəmi 4 hemodializ şöbəsi var idi. Hazırda ölkədə 544 hemodializ aparatı xəstələrə xidmət edir. Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması nəticəsində dializ ilə əhatə edilən xəstələrin sayı hər il 20-22 % artır. Dializ xəstələrinin dərman və tibbi ləvazimatlarla təminatı da tam həcmdə dövlət tərəfindən qarşılanır. Xəstələrə 171 həkim-nefroloq, 408 orta tibb işçisi xidmət göstərir".
"XBÇ hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, bir sıra uroloji obstruktiv patologiyalar XBÇ-nin baş verməsinə səbəb olur"- deyə, F.Babayev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB