Səhiyyə işçiləri Zərifə Əliyevanın məzarını ziyarət ediblər

Səhiyyə işçiləri Zərifə Əliyevanın məzarını ziyarət ediblər

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi tamam olur. SİA-nın məlumatına görə, bu münasibətlə səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla nazirliyin kollegiya üzvləri, tibb ictimaiyyətinin nümayəndələri bu gün Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə tər çiçəklər düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə