Qənirə Paşayeva: "Səhiyyə sahəsində iş yeri gözləyən gənclərə şərait yaradılmalıdır"

"Hesablama Palatasının apardığı auditlərdə çox ciddi nəticələr ortaya çıxıb. Səhiyyə müəssisələrində çoxlu sayda vakant iş yerləri var. Bu, rayonlar üzrə də göstərilib. Səhiyyə sahəsində yüzlərlə iş yeri olduğu halda, bu sahədə iş gözləyənlər var. Səhiyyə müəssisələri işçi götürməkdənsə, vakant ştatları tibb heyətləri arasında bölüşdürməyə üstünlük verirlər". Bunu millət vəkili Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2015-ci il üzrə hesabatının müzakirələrində deyib.

O qeyd edib ki, səhiyyə sahəsində ali məktəbi bitirib iş yeri gözləyən gənclərə işləmək üçün şərait yaradılmalıdır.

Deputat valideyn himayəsindən məhrum olunmuş uşaqların təhsil haqqından azad olunması məsələsi zamanı qanunlarda ortaya çıxan boşluğa da diqqət çəkib: "Burada müəyyən ziddiyyətli məqamlar ortaya çıxır. Qanundan məlum olur ki, təhsil haqqından azad olunma 18-23 yaşındakı şəxslərə tətbiq olunur. Ancaq hər kəs birinci il ali mətkəbə daxil ola bilmir. Elə abituriyentlər var ki, ikinci il tələbə adını qazanır və 23 yaşında ali məktəbi bitirmir. Nəticədə 3 və ya 4-cü kursda i təhsil haqqını özləri ödəməyə məcbur olurlar. Qanunvericilikdə bu məsələlərlə bağlı çıxılmaz vəziyyət yaranır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...