Mövsümi xəstəliklərdən qorunmağın yolları HƏKİM MƏSLƏHƏTİ - SƏS TV

Mövsümi xəstəliklərdən qorunmağın yolları HƏKİM MƏSLƏHƏTİ - SƏS TV

Mövsüm dəyişikliyi orqanizmdə bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Fitoterapevt həkim Sadiq Salami SİA-ya verdiyi açıqlamasında mövsüm xəstəliklərinin yaranma səbəbi və qorunma yolları haqda danışıb.

O, qeyd edib ki, fəsil dəyişkənliyi zamanı immunitet zəifləyir və orqanizm epidemiyaya qarşı müqavimət göstərə bilmir: "Qış aylarında həmçinin, vitamin qəbulu normadan aşağı olduğu üçün "avitaminoz" baş verə bilir. Belə olan halda kəskin resperator və virus xəstəlikləri artır. Buna görə də, orqanizmi yaranacaq problemlərdən qorumaq üçün ilk növbədə, immuniteti möhkəmlətmək lazımdır. Çünki immunitet orqanizmi virus və bakteriyalardan qoruyan müdafiə mexanizmidir. Əgər insan il ərzində 4-5 dəfə soyuqdəymə və zökəmə yoluxursa deməli, onun immuniteti zəifdir. Bunun qarşısını almaq üçün orqanizmi təmizləmək lazımdır. O zaman bakteriya qidalanmağa bir şey tapmır və məhv olur. İmmuniteti qaldırmaq üçün ən önəmli amillər sağlam qidalanmaq, hərəkət aktivliyi, stressdən uzaq olmaq, kontrastlı duş vannalarından istifadə etməkdir. Sağlam qidalanma dedikdə, gün ərzində çiy su içmək, orqanizmi c vitamini zəngin olan meyvə-tərəvəzlə təmin etmək nəzərdə tutulur".

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə