4 fevral Xərçənglə Ümumdünya Mübarizə Günüdür

4 fevral Xərçənglə Ümumdünya Mübarizə Günüdür

4 fevral – Xərçənglə Ümumdünya Mübarizə Günüdür. SİA-nın xəbərinə görə, bu tarix 2005-ci ildə Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi tərəfindən təsis edilib. Əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, xəstəliyin nə dərəcədə təhlükəli olduğunu, bəşəriyyət üçün bəlaya çevrildiyini xatırlatmaqdır.

ÜST-ün məlumatına görə, hər il 12 milyon insana xərçəng diaqnozu qoyulur və 7.6 milyon insan xərçəng xəstəliyindən vəfat edir. ÜST həmçinin 2030-cu ilə qədər onkoloji xəstələrin sayının iki dəfə artacağını bildirir. Belə ki, ilbəil bu xəstəliyə düçar olanların sayı çoxalır.

Tədqiqatlara görə, onkoloji xəstəliklərə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə daha çox təsadüf olunur. Ümumilikdə isə, onkologiya sahəsində çox böyük irəliləyişlər olsa da, xərçəngin əmələgəlmə səbəbi hələ də dəqiq bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə