Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

Qadağan olunmuş seriyalardan olan dərman preparatları mütəmadi olaraq aptek şəbəkələrindən çıxarılır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bir sıra Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri mətbu orqanlarında illər boyu müxtəlif səbəblərdən ləğv edilmiş (qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş və. s) dərman preparatlarının siyahısını yerləşdirib: "Bu da əhali arasında çaşqınlığa səbəb olub".

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, dərman bazarında vəziyyət stabildir, dərmanların, keyfiyyəti və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə