3.12.2015-04.12.12015 il tarixlərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası Oğuz rayon Mərkəzi xəstəxanasında yerli əhaliyə yüksək səviyyəli oftalmoloji müayinələr aksiyası keçirir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aksiya zamanı 200-dən artıq xəstəyənin müayinə və müalicəsi, 30-a yaxın şəxsin cərrahi əməliyyatı nəzərdə tutulub.
Həkim-oftalmoloqlar, anestezioloqlar, rezident-həkimlər, tibb bacıları və texniki heyətdən ibarət geniş səyyar briqada ötən gündən müayinələrə başlayıb. Aksiyada ümumilikdə müxtəlif göz problemlərindən əziyyət çəkən 100 nəfərdən artıq şəxs institutun peşəkar mütəxəssisləri tərəfindən müayinə olunub. 10 nəfərində müxtəlif səpkili göz əməliyyatları icra edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB