"Qiymətləri təsdiqləndikdən sonra bəzi dərman vasitələrinin tapılmaması ilə bağlı narazılıqlar yaranıb. Hazırda əczaçılıq bazarında dövlət qeydiyyatına alınmış eyni təsiredici maddəyə malik müxtəlif istehsalçıların, ölkələrin fərqli adlarla bir çox sayda preparatları satışda var". Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov söyləyib.
P.Əzizbəyov bildirib ki, vətəndaş hər hansı dərman preparatını ticarət adı ilə aptekdə tapa bilmədikdə müalicə həkiminin məsləhəti ilə eyni təsiredici maddəyə malik digər istehsalçıların alternativ dərman vasitəsini ala bilər: "Bütün bunları nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən aptek təşkilatlarından dərman vasitələrinin buraxılması ilə bağlı yeni Qaydalar işlənib hazırlanıb və hal-hazırda təsdiqlənmə mərhələsindədir. Yeni Qaydalar təsdiqləndikdən sonra həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (təsiredici maddə adını) qeyd edəcəklər. Beləliklə də xəstə aptekə müraciət edən zaman əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə xəstəyə məlumat veriləcək. Xəstə də dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB