Sabahdan dərman vasitələri yeni qiymətlərlə satılacaq. Tarif Şurası tərəfindən ilkin mərhələdə təsdiqlənən dərmanların yeni qiymətləri sabahdan etibarən qüvvədə olacaq. İlin sonunadək isə dövlət qeydiyyatında olan bütün dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin başa çatdırılmsı gözlənilir.
İlkin mərhələdə ümumilikdə 1057 adda dərman vasitəsinin qiyməti tənzimlənib.
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri nəzərəçarpan dərəcədə ucuzlaşıb.
Növbəti mərhələdə 55 təsiredici maddəyə malik dərman vasitələrinin Tarif Şurasına verilməsi ilə bağlı da artıq elan verilib. Bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və ilin sonunadək dövlət qeydiyyatında olan 4500-dən çox dərman vasitəsi üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.
Süni qiymət artımının qarşısının alınması üçün dərman vasitələrinin qiymətləri ya istehsal zamanı, ya da rəngli möhürlərlə mütləq şəkildə dərman vasitələrinin qutularında göstəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB