Millət vəkili: “Bu, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu addımdır" AÇIQLAMA

Millət vəkili: “Bu, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu addımdır" AÇIQLAMA

"Ümumiyyətlə Azərbaycan Nazirlər Kabinetinin və Tarif Şurasının apteklərdə dərman preparatlarının qiymətinin aşağı salınması ilə bağlı qərarı çox düzgündür və müsbət bir addım kimi qiymətləndirilməlidir". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı dərman preparatlarının qiymətlərinin aşağı salınmasına münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, bu kimi addımlar əhalinin sosial vəziyyətinə çox müsbət təsir göstərəcək: "Xüsusilə ölkə başçısı İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirməsi, artıq öz təsirlərini göstərməkdədir. Apteklərdə qiymət artımı müşahidə olunmur əksinə bir sıra dərmanların qiymətində enmələr var. Bu, çox yaxşı bir addımdır. Təbii ki, bütün bunlar Azərbaycan Prezidentinin ölkə xalqının rifah halının yaxşılaşdırılması istiqamətində atdığı növbəti uğurlu addımdır. Düşünürəm ki, bu kimi hallar dərmana ehtiyacı olan insanların ( xüsusilə yaşlı insanların) qarşısına çıxan çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə