I Avropa Oyunlarının Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulan avarçəkmə yarışlarında iştirak edəcək idmançılar və qonaqlar üçün otellərin və binaların zirzəmilərində, ətraf ərazilərində və həmin yerlərə yaxın olan qamışlıq-bataqlıq ərazilərində həşəratlara, ağcaqanadlara və digər zərərvericilərə qarşı dezinseksiya tədbirlərinin aparılması üçün 30 aprel tarixindən başlayaraq 3 gün ərzində intensiv fəaliyyət təmin olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu işin davam etdirilməsi üçün 04.06.2015-ci il tarixdə Bakı şəhər Dezinfeksiya stansiyasının xüsusi briqadası təkrar Mingəçevir şəhərinə ezam ediləcək.
Təşkil edilmiş briqada yüksək ixtisaslı mütəxəssislərdən ibarət olmaqla, səpmə məsafəsi təxminən 35 metrə qədər olan ən müasit tipli "Elita 34 s 300" markalı, avtonəqliyyat üzərində qurulan dezinfeksiya səpələyicisindən istifadə edir. Həmin qurğunun nəqliyyatın keçə bilmədiyi ərazilərdə də dezinseksiya və dezinfeksiya işlərini görmək qabiliyyəti var. Belə ki, avtomat püskürməni təmin edən, uzunluğu təxminən 20 metr olan şlanq belə işləri görməyə imkan verir. Aparılan tədbirlərdə Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzi və Mingəçevir şəhər Dezinfeksiya stansiyası da aktiv iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB