Yanğın zamanı ölənlərin sayı 15-ə çatıb

Yanğın zamanı ölənlərin sayı 15-ə çatıb

Mayın 19-da Bakıda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində Kliniki Tibbi Mərkəzdə yerləşdirilən xəstələrdən biri vəfat edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, xəsarət alan 56 nəfərə tibbi yardım göstərilib.

Həmin şəxslərdən 34 nəfər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, 2 nəfər 6 saylı şəhər xəstəxanasına, 4 nəfər Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər Yanıq Mərkəzinə yerləşdirilib. 15 nəfərə hadisə yerində yardım göstərilib.

Hazırda xəstəxanada 14 nəfər var, qalanları evə buraxılıb. Məlumatda qeyd edilib ki, xəstələrə yüksək səviyyədə xidmət göstərilir.

Qeyd edək ki, dünən baş verən yanğın nəticəsində hadisə yerində 14 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə