Səhiyyə Nazirliyi Bakıdakı yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayrmova məlumat verib. Bildirib ki, yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin "103" Təcili Tibbi Yardım xidmətinə məlumat daxil olub: "Dərhal hadisə yerinə 30 briqada göndərilib. İndiyədək 43 nəfərdən müxtəlif dərəcəli bədən xəsarətləri almış 24 nəfər yaralı xəstəxanalara yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, 10 nəfər vəfat edib".
Qeyd edək ki, ölkənin ən iri xəstəxanalarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq bu müəssisələr yaralıları qəbul etməyə başlayıblar.
****
Səhiyyə Nazirliyi Bakıdakı yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Səhiyyə Nazirlindən SİA-ya verilən məlumata görə, Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin "103" Təcili Tibbi Yardım xidmətinə məlumat daxil olub.
Dərhal hadisə yerinə 30 briqada göndərilib. Hazırda hadisə yerində olan Təcili Tibbi Yardımın baş həkimi Rauf Nağıyevin sözlərinə görə, indiyədək müxtəlif dərəcəli bədən xəsarətləri almış 15 yaralı xəstəxanalara yerləşdirilib.
Ölkənin ən iri xəstəxanalarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq bu müəssisələr yaralıları qəbul etməyə başlayıblar. Yararlıların 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə müxtəlif xəstəxanalara yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB