Son illərdə respublikamızda əhalinin sağlamlığının qorunması məqsədilə konkret və əməli tədbirlər həyata keçirilir. SİA-nın Cənub bürosunun məlumatına görə, artıq ikinci ildir ki, bütün səhiyyə müəssisələrində qrafik əsasında vətəndaşların tibbi müayinəsinin aparılması kimi xeyirxah iş uğurla davam etdirilir.
Astara Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq "Əhalinin dövrü tibbi müayinəsi aparılması" məqsədilə 4 həkim briqadası yaradılıb. Hesabat dövrü ərzində rayonun bütün yaşayış məntəqələrinin ərazisində yerləşən müəssisələrdə, ümumtəhsil məktəblərində 55 min nəfərin müayinədən keçirilməsi təmin edilib. Həkim briqadaları rayonun ucqar dağ kəndlərində olur, vətəndaşların dövrü tibbi müayinəsinin aparılması üçün öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB