Əli Əlirzayev: “Dərmanlara vahid qiymətin tətbiqi vacibdir” Açıqlama

Əli Əlirzayev: “Dərmanlara vahid qiymətin tətbiqi vacibdir” Açıqlama

"Hər bir dərmanın istehlak dəyəri var. Dərmanın haradan gətirilməsinə baxmayaraq, eyni keyfiyyətdə olan dərmanların qiyməti də eyni olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deyib.

Onun sözlərinə görə, dərmanlara vahid qiymətin tətbiqi vacib məsələdir: "Dərmanların vahid qiymət əsasında satışı qanun çərçivəsində həyata keçirilməlidir. Bu həm istehlakçıların marağına uyğundur, həm də ayrı- ayrı satıcıların dərmanların üzərinə düzgün olmayan qiymətlərin qoyulmasının qarşısını alacaq. Bu istehsalçı bazarı deyil ki, hər hansı məhsulu istənilən qiymətə satasan.Dərmanlar da strateji məhsul olduqları üçün onlar vahid qiymətə satılmalıdır".

Ekspert ölkəmizdə satılab bahalı dərmanlarla bağlı da fikilərini bölüşüb. O deyib ki, xammalı xaricdən gətirilərək ölkəmizdə istehsal edilən bəzi bahalı dərmanlar var ki, onların qiymətləri keyfiyyətinə görə məqsədəuyğun sayılır: "Azərbaycana gətirilən bəzi dərmanlar var ki, onlar həqiqətən də bahalı dərmanlardır. Çünkü həmin dərmanlar xaricdən gətirilərək istehsal olunur. Elələri də var ki, onlar bitki tərkiblidir və kimyəvi üsulla əldə edilmir. Bu dərmanların xammal şəklində gətirilərək istehsalı üçün müəyyən əmək sərf olunur. Belə dərmanların ucuz satılması mümkün deyil. Əsas odur ki, dərman baha olsa da keyfiyyəti yüksək olsun. Qiymətin aşağı salınmasını ölkə daxilində inzibati yolla həll etmək mümkün deyil. Əgər hər hansı bir inzibati tədbirlər görülərsə, dövlət bu dərmanlar üçün müəyyən vəsait ödəməlidir".

Ə. Əlirzayev həmçinin bildirib ki, dərmanların qiyməti yerindən asılı olmayaraq eyni olmalıdır: "Dərmanlar rayon və kəndlərə nəqliyyat vasitəsilə daşınır. Amma bu əsas vermir ki orada qiymət artsin. İstər Bakı, istərsə də əyalətlərdə qiymət eyni olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə