Sumqayıt şəhərindəki məktəblilər tibbi müayinədən keçirilib

Sumqayıt şəhərindəki məktəblilər tibbi müayinədən keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasına uyğun olaraq Sumqayıt məktəblilərinin 88,2 faizi tibbi müayinədən keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müayinə olunanların təxminən 30 faizində xroniki xəstəliklər aşkar edilib. Xəstəlik aşkar edilən uşaqlar əlavə müayinəyə cəlb ediliblər.

Hazırda təhsil müəssisələrindəki uşaqlarla yanaşı, uşaq bağçalarına gedən və evlərdəki uşaqların icbari dispanserizasiyasının aparılması davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə