Səhiyyə Nazirliyi 3 saylı Şəhər Klinik Xəstəxanasında baş verən ana ölümünün ilkin səbəbini açıqlayıb. SİA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında bildirib ki, 1984-cü il təvəllüdlü Bakı şəhər sakini Nuranə Əliyevanın ölümünə səbəb kimi tromboemboliya göstərilir.Hazırda faktla bağlı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparıldığını deyən mətbuat xidmətinin rəhbəri dəqiq səbəblərin yaxın zamanda açıqlanacağını dilə gətirib.
Xatırladaq ki, Nuranə Əliyeva iki gün bundan əvvəl doğuş üçün 3 saylı Şəhər Klinik Xəstəxanasının aparılıb. Əməliyyat nəticəsində uşaq ana bətnindən götürülsə də N. Əliyeva narkozdan ayılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB