Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək. SİA-nın Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəbul 14.05.2014 –cü il tarixində saat 11:00-da Quba Diaqnostika Mərkəzində baş tutacaq.
Nazir Quba şəhər vətəndaşları ilə yanaşı ətraf rayonlardan olan Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qubadlı və Sumqayit şəhər sakinlərinin də səhiyyə sahəsinə dair maraqlandıran suallarını cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Quba Diaqnostika mərkəzində qeydiyyatdan keçə bilərlər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB