Ötən il səhiyyə xərcləri üzrə icra 618,9 mln. manat olub ki, bu da 2012-ci illə müqayisədə 9,6 mln. manat və yaxud 1,6 faiz çoxdur. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılan vəsait də nəzərə alınmaqla, səhiyyə xərclərinə dövlət büdcəsi xərclərinin 4,8 faizi həcmində və yaxud 912,3 mln. manat vəsait ayrılıb. SİA-nın xəbərinə görə, bu barədə göstərici 2013-cü ilin hesabatında yer alıb.
Funksional təsnifata uyğun olaraq səhiyyə xərcləri üzrə istifadə olunan vəsaitin 318,5 mln. manatı və yaxud 51,5 faizi xəstəxanaların saxlanılması (2012-ci illə müqayisədə 3,1 mln. manat və yaxud 1 faiz çox), 196,9 mln. manatı və yaxud 31,8 faizi səhiyyə sahəsinə aid edilən digər xidmətlər (2012-ci illə müqayisədə 3,8 mln. manat və yaxud 1,9 faiz çox), 95,1 mln. manatı və yaxud 15,4 faizi poliklinikalar və ambulatoriyaların saxlanılması (2012-ci illə müqayisədə 3,2 mln. manat və yaxud 3,5 faiz çox), 8,4 mln. manatı və yaxud 1,3 faizi tətbiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclərə yönəldilib.
İqtisadi təsnifata uyğun olaraq səhiyyə xərcləri üzrə əməyin ödənişinə 301,9 mln. manat, malların (işlərin və xidmətlərin) satın alınmasına 258,2 mln. manat və yaxud 2012-ci illə müqayisədə 39 mln. manat (17,8 faiz) çox, təqaüd və sosial müavinətlərə 1,5 mln. manat və yaxud 2012-ci illə müqayisədə 0,1 mln. manat (7,1 faiz) çox, digər xərclərə (sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri və yenidən qurulmasına, icarə və bank xərclərinə) 27,7 mln. manat, qeyri-maliyyə aktivlərinin alınmasına (əsas vəsaitlərin, maşın və avadanlıqların, qurğu və digər maddi istehsal obyektlərinin alınmasına, bina və qurğuların tikintisinə və s.) 29,6 mln. manat və yaxud 2012-ci illə müqayisədə 3,1 mln. manat (11,7 faiz) çox vəsait ayrılıb.
2013-cü ildə stasionar müəssisələrin, ambulator və imtiyazlı xəstələrin dərman preparatları ilə təminatı daha da yaxşılaşdırılıb, bu məqsədə 158,0 mln. manat vəsait sərf edilib ki, bu da 2012-ci illə müqayisədə 23,5 mln. manat və yaxud 17,5 faiz çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB