İstehlak bazarında satılan dönərin, ictimai iaşə obyektlərində və şadlıq evlərində göstərilən xidmətlərin keyfiyyətinin artırılması və nöqsanların aradan qaldırılması üçün AZS 103-2003 "Çiy (bişməmiş) dönər" və AZS 746-2012 "Şadlıq sarayların təsnifatı və qaydalar" standartlarının tələblərinə əsasən 2013-cü il ərzində 48 dönər istehsalı və satışı ilə məşğul olan iaşə obyektində, 111 şadlıq sarayı və 212 ictimai iaşə xidməti göstərən təsərrüfat subyektində dövlət nəzarəti qaydasında yoxlamalar aparılıb və bu müəssisələrin əksəriyyətində standartların tələblərinin pozulduğu aşkar edilib, nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görülüb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən SİA-ya verlən məlumata görə, Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən ötən il mal, məhsul və xidmətlərə 8250 adda uyğunluq sertifikatı verilib. Sertifkatlar barədə məlumatlar Dövlət Reyestrinə daxil edilib.
Həmçinin 2013-cü il ərzində Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən 12 sertifikatlaşdırma orqanının fəaliyyəti razılaşdırılıb, 71 laboratoriya qeydiyyata alınıb.Ötən il ümumilikdə ixtiralara dair 75 patent verilib, onlardan 71-i milli, 4-i isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Faydalı modelə dair 7 patent qeydiyyata alınıb ki, onlardan da 4-ü milli, 3-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Sənaye nümunələrinə dair 17 patent verilib, onlardan 3-ü milli, 14-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Həmçinin 2013-cü ildə 1730 ədəd əmtəə nişanı və 4 coğrafi göstərici qeydiyyata alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB