DBX: "46 nümunənin 30-da quduzluq xəstəliyi aşkarlanıb"

DBX: "46 nümunənin 30-da quduzluq xəstəliyi aşkarlanıb"

"2013-cü ildə vəhşi heyvanların və sahibsiz itlərin hücumuna məruz qalan vəhşi heyvanların, küçə itlərinin, iri və xırda buynuzlu heyvanların müayinəsi zamanı götürülən 46 nümunənin 30-da quduzluq xəstəliyi aşkarlanıb". SİA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli belə deyib.

Onun sözlərinə görə, bu göstərici 2012-ci ildə bu xəstəlik üzrə əldə olunan rəqəmlərlə müqayisədə çoxdur: "Lakin qeyd edim ki, hər il Azərbaycanda quduzluq xəstəliyinin nəticələrində öncəki ilə nisbətdə artma və azalma müşahidə edilir. Ötən il eyni zamanda 247 mindən çox itdə vaksinasiya tədbirləri aparılıb və bir müddət sonra bu heyvanlardan götürülmüş nümunələrdə quduzluq xəstəliyinə rast gəlinməyib".

Xidmət rəsmisi qeyd edib ki, 2014-cü ildə də quduzluq xəstəliyinə qarşı sahibi olan itlər arasında vaksinasiya işlərinə start verilib: "Hazırda quduzluğa və digər xəstəliklərə qarşı ölkə ərazisində tədbirlər aparılır. Cari ildə hələ ki, quduzluq xəstəliyinə rast gəlinməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə