"Baş həkimlər bizə həmin vakansiyalar üzrə işləmək istəyən mütəxəssislərin olmadığını deyirdilər. Amma biz indi görürük ki, işləmək istəyənlər var imiş. Sadəcə olaraq, həmin şəxslər müəyyən tələblər və ya süni maneələrlə işə qəbul edilmirdilər. Artıq illərlə boş qalan vakant yerlərdə həkimlər çalışacaqlar". SİA Səhiyyə Nazirliyinin rəsmi mətbu orqanı olan "Tibb" qəzetinə istinadən xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyev mərkəzləşdirilmiş qaydada işə qəbul olan gənc həkimlərlə görüşərkən belə deyib.
Nazir bildirib ki, həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbul prosesi səhiyyədə kadr siyasəti sahəsində çox önəmli hadisədir: "Əsas məqsəd hər bir namizədin bilik və peşə qabiliyyətinin, ümumi dünyagörüşünün, tibb müəssisələrində işləmək bacarığının səviyyəsini düzgün müəyyənləşdirmək, bu sahədə şəffaflığı təmin etməkdir. Bütün çətinliklərdən keçərək, nəhayət ki, istəyimizə nail oluruq. Bu mərhələyə gəlib çatmaq həqiqətən də asan məsələ deyildi. Artıq heç kim xahişlə, tanışlıqla, digər arzuolunmaz üsul və vasitələrlə işə qəbul olunduğunu iddia edə bilməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB