Səhiyyə Nazirliyi elan verdi

Xarici ölkələrdə ixtisasartırma kursları təşkil edilir. SİA-nın məlumatına görə, Səhiyyə Nazirliyi tərəfindən səhiyyənin prioritet sahələri (kardiologiya, cərrahiyyə, anesteziologiya və reanimatologiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya, psixiatriya, laboratoriya işi və otolarinqologiya) üzrə gənc tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə ixtisasartırma kursları təşkil olunur. 2013-cü il ərzində kursların təşkili əsasən Türkiyənin, Almaniyanın və s. ölkələrin aparıcı klinikalarında həyata keçiriləcək.

Kurslarda iştirak üçün adıçəkilən ixtisaslar üzrə 45 yaşadək 3 il iş stajı və xarici dillərə (ingilis, alman, türk və rus) yiyələnmiş mütəxəssislər Bakı şəhəri üzrə dövlət xəstəxanalarında habelə bölgələr üzrə Perinatal Mərkəzlərdə və Mərkəzi Rayon Xəstəxanalarında işləyən mütəxəssislər müraciət edə bilərlər.

Qeyd edək ki, müraciətlər 1 aprel -20 may 2013-cü il tarixlərində Səhiyyə Nazirliyinin 246 nömrəli otağında saat 10:00-dan 16:00 qədər qəbul olunur

Kurslarda iştirak etmək istəyənlər kadrların şəxsi uçot vərəqəsini və 1 ədəd 3x4 şəkil, tibb universitetinin diplomunun sürətini, internatura haqqında şəhadətnamənin sürətini, əmək kitabçasının sürətini Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməsi İnstitutunun və digər təkmilləşdirmə kurslarının şəhadətnaməsinin sürətini təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə