Səhiyyə Nazirliyi mayın 1-dən monitorinqlərə başlayır

Səhiyyə Nazirliyi mayın 1-dən monitorinqlərə başlayır

"Səhiyyə Nazirliyi mayın 1-dən etibarən Azərbaycanda açıq su mənbələrində, çimərliklərdə vəba törədicilərinin və digər təhlükəli infeksiyaların aşkarlanması məqsədilə monitorinqlərə başlayacaq". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdiri Rita İsmayılova məlumat verib.

O bildirib ki, monitorinqlər noyabr ayına kimi davam edəcək: "Bu müddət ərzində su hövzələrindən nümunələr götürülərək Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyalarında yoxlanılacaq: "Vəba xəstəliyi mövsümü xarakter daşıyır və əsasən may ayından müşahidə olunur. Son illər bu xəstəlik respublikada qeydə alınmasa da müvafiq profilaktik tədbirlər davam etdirilir".

R.İsmayılova qeyd edib ki, son illər Azərbaycanda bruselloz xəstəliyinin dinamikasında da azalma müşahidə olunur. Onun sözlərinə görə, kiçik buynuzlu heyvanlar arasında vaksinasiya işinin gücləndirilməsi nəticəsində xəstələnmənin sayı azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə