"Artıq ailələrin övlad sahibi olması üçün yeni yollar axtarılmalıdır. Bu sahədə əsasən də ailələrdə sonsuzluq problemi aradan qaldırılmalıdır". SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev belə deyib. O bildirb ki, hazırda övladlığa götürmək üçün kimsəsiz uşaqların sayı azlıq təşkil edir. Elə bu səbəbdən də övlad sahibi olmaq istəyən ailələr uzun müddət növbə gözləməli olurlar: "Sonsuzluq problemi ilbəil artır, uşaq evlərinə verilən uşaqlarsa azdır. Deməli artıq ailələrin övlad sahibi olması üçün yeni yollar axtarılmalıdır. Əsasən də ailələrdə sonsuzluq problemi aradan qaldırılmalıdır".
Millət vəkili azərbaycanlı uşaqların xarici ölkə vətəndaşlarına övladlığa verilməsi məsələsinə də aydınlıq gətirib: "Son illərdə Azərbaycanda xarici ölkə vətəndaşlarına övladlığa uşaq verilmir. Amma Azərbaycan qanunvericiliyində azərbaycanlı uşaqların əcnəbilərə övladlığa verilməsi məsələsi mövcuddur. Hesab edirəm ki, qanunvericilikdə bu məsələ ləğv olunmalıdır. Azərbaycan dövləti kimsəsiz azərbaycanlı uşaqlarına özü baxmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB