"Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında 13-cüdür". SİA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova deyib.
O bildirb ki, 3593 ölkə vətəndaşından 2174-də İİV-ə yoluxma infeksion narkotik istifadəsi nəticəsində, 1016-da heteroseksual, 55-də anadan uşağa keçməklə, 35-də homoseksual kontakt nəticəsində, 1-də donor qanının köçürülməsi nəticəsində baş verib. 312 nəfərdə isə yoluxma yolu naməlumdur.
İİV-ə yoluxma ilə bağlı epidemiya hazırda konsentrik, təmərküzləşmiş mərhələdədir deyən E. Alməmmədova qeyd edib ki, Azərbaycanda İİV-ə yoluxanların 80% kişilərdir: "Lakin son vaxtlar qadınlar arasında da İİV-ə yoluxma halı artır. Eyni zamanda heteroseksual kontakt nəticəsində də İİV-ə yoluxma çoxalır. Adı çəkilən yoluxma yolları ümumi yoluxmaların 28% təşkil edir".
E. Alməmmədova deyib ki, ölkə üzrə İİV-ə yoluxanların 44 %-i 30-39, 23 %-i 40-49, 18 %-i 25-29, 2 %-i 0-14 yaşlı uşaqlardır. 15-18 yaş qrupu üzrə yalnız 12 nəfərdə yoluxma qeydə alınıb. Qeydiyyatda duran İİV-ə yoluxmuş insanların 960 nəfəri, yəni 27% Bakı və Abşeronunun, 72 % isə regionların payına düşür. Yoluxma sayına görə Şirvan, Hacıqabul, Astara, Lənkəran, Sumqayıt, Xızı və s. rayonlar çoxluq, Gəncə isə azlıq təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB