"Ürək-damar xəstəlikləri kişilərdə daha çox qeydə alınır. Lakin bu təkcə kişilərin xəstəliyi deyil. Bu qadınlarda, hətta uşaqlarda da ola bilər". SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev məlumat verib. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəlikləri gəncləşir və cavanlaşır.
"Bu gün mənim özümün gün ərzində əməliyyat etdiyim 30-40 yaşlı xəstələrin sayı artır. Lakin qeyd edim ki, ürək-damar xəstəlikləri qarşısı alına və risqləri azaldıla bilən xəstəlikdir. Ona görə də əgər biz profilaktik tədbirlərə hər birimiz kifayət qədər diqqət etsək, özümüzü azacıq da olsa bu xəstəliklərin qarşısını ala bilərik", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB