"El arasında göz qapağına qırmızı sap yapışdırırlar" - HƏKİM AÇIQLADI

"Təbabətdə üç qisim həkimlərin qoyduğu diaqnozun izahı ilə bağlı informasiya mənbəyi var". Bu sözləri SİA-ya açıqlamasında professor, Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri Paşa Qəlbinur deyib.

Həkim bildirib ki, elə əlamətlər, elə xəstəliklər var ki, onun səbəbi tam aydın deyil: "Stress, yorğunluq, kofein göz atmasına səbəb ola bilər də, olmaya da bilər. Ola bilər ki, insan nə stress keçirsin, nə yorğun olsun. El arasında, xalq təbabəti mənasında göz qapağına qırmızı sap, parça yapışdırırlar. O zaman da əksər hallarda bu, dayanır. Təbii ki, bu hadisə sinir sisteminin vəziyyəti ilə bağlı olur. Ancaq bunun səbəbləri tam aydın deyil.

Göz səyirməsi tez-tez baş verdikdə narahatlığa səbəb ola bilsə də, ümumiyyətlə ağrılı deyil və gündəlik həyata təsir göstərmir. Bu səbəbdən bu problemi yaşayan bir çox insan heç bir müalicəyə ehtiyac duymur və öz-özünə sağalmasını gözləyir.

Göz səyirməsi göz qapağındakı əzələlərin ani, təkrarlanan və qeyri-ixtiyari büzülmələri (spazmları) kimi baş verir. Sancılar adətən yuxarı göz qapağında baş versə də, bəzi hallarda hər iki göz qapağında və ya yalnız alt göz qapağında baş verə bilər. Göz səyirməsi adlanan spazmlar əksər insanlarda çox yüngül olur və göz qapağının çox incə çəkilməsi kimi hiss olunur. Bəzən sancılar gündə bir neçə dəfə baş verə bilər, bəzən isə həftələr və ya aylar ərzində heç bir sancılar olmaya bilər.

Göz səyirməsi başlayanda, sancılar təxminən bir neçə saniyədə baş verir. Nadir hallarda, bəzi insanlarda bu, hər iki göz qapaqlarının şiddətli büzülməsinə və gözün bağlanmasına səbəb ola bilər.

El arasında hər şeyi ya soyuqdəymə ilə izah edirlər, ya da əsəblə. Ancaq təbabətdə çox xəstəliklər var və onların əksəriyyəti bu iki səbəbdən olmur. Burada səbəb tam aydın deyil. Bundan hər hansı birini əsas götürmək olar. Ancaq bu əlamətin özü də böyük xəstəliyin əlaməti deyil, insana böyük zərər vuran bir simptom deyil. Bu mənada elə empirik olaraq qırmızı sapla da keçirsə, lap yaxşı. Əgər keçmirsə, biz bəzən iltihab, allergiya əleyhinə yüngül dərmanlar təyin edirik. Bununla da keçir. Bu, elə də problem, görməni itirən, yaxud da, şiddətli ağrılarla müşayiət olunan xəstəlik deyil".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə