Maduro bir yerdə gecələmir və tez-tez telefon nömrələrini dəyişir...

O, ABŞ-ın təzyiqi səbəbindən şəxsi təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə artırıb.

SİA xəbər verir ki, “The New York Times” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Venesuela diktatoru Nikolas Maduro bir yerdə yatmır və ABŞ-ın təzyiqi səbəbindən telefon nömrələrini tez-tez dəyişir.

Qəzet xəbər verir ki, mənbələrə görə, Maduro yataq yerlərini və mobil telefonlarını tez-tez dəyişdirməklə potensial hədəf hücumundan və ya xüsusi təyinatlıların basqınından qorunmağa çalışır.

Bu tədbirlər sentyabr ayından bəri daha da gücləndirilib. Qəzetin mənbələri bildirib ki, ABŞ ilə Maduronu devirmək barədə danışıqlar zamanı Venesuela diktatorunun yaxın çevrəsində "gərginlik və narahatlıq" atmosferi hökm sürür.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə