...SİA-nın əldə etdiyi məlumata görə, Reuters xəbər verir ki, Minnesota hakimiyyəti (ABŞ-ın şimalında ştat-A.B.) çərşənbə axşamı ştatda yaşayan Somali immiqrantlarını hədəf alan federal immiqrasiya reydlərindən xəbərsiz olduqlarını bildirib.
New York Times qəzetinin xəbərindən sənədsiz Somalililəri müəyyən etmək üçün ştata 100 immiqrasiya agentinin göndərildiyini öyrəndikdən sonra Minneapolis meri Ceykob Frey Somali icmasının nümayəndələrinin yerli hakimiyyət orqanlarından dəstək alacağını bildirib.
O, yerli polisin federal immiqrasiya agentləri ilə əməkdaşlıq etməyəcəyinə əminlik verib və Donald Trampın somalililərə qarşı təhqirlərini pisləyib.
Qeyd edək ki, Tramp somalililəri "zibil" adlandırıb və onların ölkədə olmasını istəmədiyini söyləyib.
Frey deyib ki, bütün bir qrupu ifşa etmək axmaqlıqdır.
Qeyd edək ki, Minnesota ştatında təxminən 80.000 Somali immiqrantı yaşayır.
Frey qeyd edib ki, onlar ştatın iqtisadi və mədəni rifahına töhfə veriblər və bir neçə onilliklərdir orada yaşayırlar, onların böyük əksəriyyəti ABŞ vətəndaşlarıdır.
Yeri gəlmişkən, Minnesota ştatını Konqresdə Somali əsilli senator İlhan Ömər təmsil edir. O, ştatdan bu vəzifəyə seçilən ilk qadın və ilk rəngli dərili şəxsdir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB