...Nazirlər Kabinetinin iclasını açan Donald Tramp, ilk müddətindən bəri "daha az aktiv və reaksiya verməkdə yavaş" olduğunu iddia edən bir hesabata münasibət bildirib.
SİA-nın məlumatına görə, Tramp zehninin 25 il əvvəlkindən daha iti olduğunu iddia edib və müxbirləri onun dözümlülüyünü və sağlamlığını inkar etməkdə günahlandırıb.
Lakin, CNN qeyd edir ki, iclas boyunca Tramp yuxu ilə mübarizə aparıb - və bu, həmişə uğurlu olmayıb. O, dəfələrlə yuxulu görünüb və kabinetin zarafatlarına cavab verməyib.
Hadisəni şərh edən Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib ki, Tramp üç saatlıq görüş boyunca iştirakçıları diqqətlə dinləyib və prosesə moderatorluq edib. O, dövlət başçısının "Amerikanı yenidən böyük etməkdəki" uğuruna diqqət yetirməyi tövsiyə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB