Beynəlxalq Doha Gənclər Forumu işinə başlayıb. İki gün davam edəcək tədbirdə 100-dən çox ölkədən 150-dək gənc iştirak edir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir dekabrın 6-da start götürəcək "Doha Forumu"na tövsiyələr hazırlamaq məqsədini daşıyır. Builki forum "Ədalətin möhkəmlənməsi: vədlərdən reallığa doğru" şüarı altında keçirilir və geosiyasət, iqtisadi inkişaf, startap texnologiyaları, mədəni diplomatiya və təhlükəsizlik kimi məsələləri müzakirə edəcək.
Forumun ilk sessiyası "Kim təşəbbüsə yiyələnəcək: Geosiyasətdə məsuliyyətin yenidən tərifi" adı altında keçirilib. Sessiyada "Human Rights Watch"un keçmiş icraçı direktoru və hazırda “Sərhədsiz həkimlər” təşkilatının icraçı direktoru olan Tiranə Həsən, "Strategic Hub"un qurucusu və icraçı direktoru Şeyxə Amina Məhəmməd bin Səhim əl Tani kimi tanınmış şəxslər qlobal güc balansındakı dəyişiklikləri və gənclərin beynəlxalq əməkdaşlığın gücləndirilməsindəki rolunu müzakirə ediblər.
Forum müxtəlif mövzularda müzakirələr, seminarlar və açıq dialoqlarla davam edəcək. Gənc nümayəndələr praktik təkliflərini "Doha Forumu"na təqdim edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB