...Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların Baltikyanı ölkələr və Finlandiyaya iqtisadi təsirini azaltmaq üçün tədbirlər paketi hazırlayır. Bu ölkələr Ukraynada müharibə başlayandan bəri turizmin, investisiyaların azalması və sərhədyanı ticarətin faktiki olaraq çökməsi ilə üzləşiblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Politiko yazır.
Avropa Komissarı Raffaele Fittonun nəzarətində olan plan Finlandiya, Estoniya, Latviya və Litvada iqtisadi fəaliyyəti stimullaşdırmağı hədəfləyir. Şərqi Avropa liderləri təkliflərini 16 dekabrda Helsinkidə keçiriləcək sammitdə təqdim edəcəklər və Aİ-nin xüsusi diqqətini gözləyirlər.
Litvanın Avropa İşləri Naziri Sigitas Mitkusun sözlərinə görə, vəziyyət investorları ruhdan salır: “Bəzən onları biznes üçün bütün lazımi şəraitə malik olduğumuza inandırmaq çətindir”.
Lakin rəsmilər AB-nin maliyyə resurslarının hazırda məhdud olduğunu etiraf edirlər.
Blokun yeddi illik büdcəsi başa çatmaq üzrədir və real dəstək minimal ola bilər.
Aİ artıq Moskvaya qarşı 19 sanksiya paketi qəbul edib və Baltikyanı ölkələr onların təsirini ən çox hiss ediblər. Estoniyanın maliyyə naziri Yurgen Ligi qeyd edib ki, ölkəsinin iqtisadiyyatı "müharibədən ən çox zərər çəkib", xüsusən də investisiya və iş yerləri baxımından...
Avropa Komissiyasının proqnozlarına görə, 2025-ci ildə Estoniyanın iqtisadi artımı cəmi 0,6 faiz olacaq ki, bu da Aİ orta göstəricisindən xeyli aşağıdır.
Finlandiya da çətinliklərlə üzləşir. 2025-ci ildə ölkə Rusiya ilə sərhədin bağlanması fonunda artan xərclər və yavaşlayan iqtisadiyyat səbəbindən Aİ-nin büdcə qaydalarını pozub. Lakin, avropalı diplomatların fikrincə, yeni böyük vəsaitlər növbəti çoxillik maliyyə planının təsdiqindən sonra, 2028-ci ilə qədər mümkün olmayacaq. O vaxta qədər yalnız dövlət kompensasiya qaydalarının yumşaldılması və Avropa İnvestisiya Bankından zəmanətlərin genişləndirilməsi kimi tədbirlər müzakirə olunur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB