Stamotologiyada hepatit kimi xəstəliklərin keçməsi nədən olur, statistika nə deyir? - SORĞU

Son zamanlar Azərbaycanda Hepatit, xüsusən Hepatit C-ə yoluxanların sayı artır. Ondan da qorxulu olan QİÇS-İİV immundefisit xəstəliyi ilə bağlı statistika da ürəkaçan deyil. Nikaha daxil olan insanların ailə qurmazdan öncə keçdiyi tibbi müayinələrin son statistikası da bunu göstərir. Aşkar olunan xəstəliklər sırasında ən çox QİÇS (SPİD) deyilən xəstələrin sayında artım var. Gənc insanların nə vaxt, necə, hansı şəraitdə bu viruslara yoluxması isə çox vaxt sual altında qalır.

Hepatit və QİÇS kimi xəstəliklərin qanla keçdiyini nəzərə alsaq, əməliyyatxana və stomatoloji kabinetlərdə xəstə insandan sağlam insana yoluxma ehtimalı çoxdur. Çox xəstələr olub ki, əməliyyatdan, hətta adi keysəriyyə əməliyyatından sonra özündə Hepatit aşkarlayıbar. Həkimlər manikür-pedikürdən, qan almaq və qan köçürmə zamanı ehtiyatlı olmağı tövsiyə etsələr də, stomatoloji kabinet və klinikalarda riskin daha yüksək olması nədənsə qabardılmır. Yəni diş çəkilməsi, plomblanma, müalicə kimi prosedurlarda savadlı insan sadəcə həkimdən sterilizasiya barədə soruşur. Sonradan isə Hepatitdən analiz verib yoxlanılırlar. O zaman stomatoloji müalicə zamanı virusa yoluxub-yoluxmadıqlarını təxmin edə bilərlər. Amma heç kim dişlərini müalicə etdirməzdən öncə hepatit və QİÇS analizindən keçib həkimə sənədlə getmir. Stamotologiyada hepatit kimi xəstəliklərin keçməsi nədən olur, statistika nə deyir? SİA mövzu ilə bağlı stamotoloqların fikirlərini öyrənib.

Tibb Elmləri doktoru, professor, Respublikanın əməkdar həkimi, ortopedik stomotologiya kafedrasının müdiri Nazim Pənahov: "Hepatit qaraciyərin infeksion, yaxud da qeyri-infeksion tipli mənşəli zədələnməsi olub müxtəlif səbəblərdən yarana bilər. İnfeksion hepatitin səbəbləri sırasında viral infeksiyalar, yəni virus mənşəli infeksiyalar xüsusi yer tutur. Bunların da içində Hepatit A, Hepatit B, Hepatit C, Hepatit D, Hepatit E kimi növləri var. Bunlardan da ən çox rast gəlinəni stomotologiyada bir xəstədən digərinə yoluxmaya səbəb ola biləcək hepatit növü Hepatit B və C-dir. Hepatit B-nin yoluxma mənbəyi kimi xəstə insanın üzərində istifadə olunan hər hansı bir alətdən dezinfeksiya edilmədən digər xəstə üzərində istifadə olunması bunun bilavasitə daşınmasına səbəb olur. Bu, sağlam insanın da yoluxmasına səbəb olur. Eləcə də, Hepatit B-nin qan vasitəsilə xəstəyə edilmiş anesteziya iynəsinin, iti uclu alətlərin üzərində qan damcısının az miqdarda olsa belə, həkimin əlinə batmaqla həkimə də keçə bilər. Dolayısı ilə həkim vasitəsilə sağlam insanların yoluxması baş verə bilər. Birbaşa xəstə insandan sağlam insana, yaxud xəstədən həkimə, həkimdən sağlam insana yoluxa bilər. Hepatit C də eyni ilə Hepatit B kimi yoluxa bilər. Lakin Hepatit C və Hepatit B-nin yoluxmasında mütləq amil qanla təmasın olmasıdır. Hepatit A isə hava damcı yolu ilə ola bilər. Xəstə bir insanın həkimə gəlməsi və hava damcı yolu ilə insana yoluxa bilər. Bütün hallarda hər birinin mütləq surətdə qorunmasında fərdi gigiyenaya qaydalarına düzgün riayət etmək, alətlərin dezinfeksiya və sterilizasiyasını düzgün həyata keçirmək, müxtəlif kimyəvi tərkibli dərmanlarla onların dezinfeksiyası, yuyulması, sonra isə avtoklavlarda sterilizasiya olunması hepatitlərin istənilən növünün aradan qaldırılmasına kömək edər. Hal-hazırdakı avtoklavlar həm Hepatit B, həm də Hepatit C-yə, digər xəstəliklər -spit, immun çatışmazlığı, istənilən infeksiyaya qarşı virusları öldürür. Onların sonrakı yoluxmasının qarşısını alır.

Hepatit B-yə qarşı hal-hazırda həkimdən xəstəyə keçməsin deyə, stamotoloqların hamısına Hepatit B-yə qarşı vakansiyadan keçməsi mütləqdir. Bu vakansiya insanda bir mərhələdə davamlı immunitet yaradır. Həkimin həmin infeksiyadan qorunmasına səbəb olur. Eləcə də həkim özünü qoruyursa, bu zaman xəstəni də qorumuş olacaq. Həkim istənilən pasientə istənilən virus mənşəli mənbə kimi baxırsa, bu zaman ondan qorunacaq və bununla da digər xəstələrin qorunmasına səbəb olacaq. Hepatit C-də isə bunlardan fərqli olaraq ona qarşı vaksinasiya yoxdur. Lakin Hepatit C-nin hal-hazırda müalicəsi daha rahatlaşıb. Hər bir halda dezinfeksiya qaydalarına düzgün riayət etsək, bu hallardan sığortalanmış olarıq".

Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun stomatologiya şöbəsinin müdiri Şamil Rzayev: "Alətlər mütləq şəkildə xüsusi preparatlarda, xüsusi dərmanlarda saxlanılır, ondan sonra onlar düzgün şəkildə yuyulmalıdır və düzgün şəkildə yuyulandan sonra qurulanıb avtoklava yerləşdirilməlidir. Onu da qeyd edim ki, indiki zamanda Səhiyyə Nazirliyi əgər lisenziya verirsə, lisenziya verməmişdən qabaq standartlara uyğun olaraq gəlirlər yoxlayırlar və sterilizasiya şöbəsinə mütləq şəkildə baxılır. Bu, birinci şərtlərdən biridir. Əgər sterilizasiya şöbəsi düzgün şəkildə cihazlarla təmin olunubsa, o zaman lisenziya verilir. Stomatoloji otaqda mütləq şəkildə ətrafda olan şkaflar, alətlər, əlimizə toxundurduğumuz həmin o stomatoloji qurğular hər pasientdən sonra xüsusi preparatlarla silinib dezinfeksiya olunmalıdır.

Stomatologoyada hepatitin və SPİD-in yaranma səbəbləri daha aktual olur. Ancaq nə xoş haldır ki, bu gün Azərbaycanda bu mövzuların hepatitin və SPİD-İN yaranması faizləri azalmağa doğru gedir. Ona görə bu gün stomatologiya Azərbaycanda daha çox inkişaf edir. İlk öncə də alətlər xüsusi dərmanlarda saxlanmalıdır. SPİD-ə və hepatitlərə qarşı olan xüsusi preparatlarda saxlanılır. Avtoklavdan çıxandan sonra xüsusi paketlər olur. O paketlər onu bildirir ki həmin alətlər sterilizasiya olunub yoxsa yox. Üzərində indikator olur. İndikator əgər rəngini dəyişirsə, deməli, alət tam steril şəkildədir. İndikator rəngini dəyişmirsə, onu bildirir ki, yəni həmin alət avtoklav olunmayıb, sterilizasiya olunmayıb və pasientlərin hansısa bir klinikaya daxil olanda bunu soruşmaq tam haqlarıdır. Həmin paketlərin indikatorlarına baxa bilərlər və yaxud da sterilizasiyanın şöbəsinə baxa bilərlər. Yeni qaydalara uyğun olaraq sterilizasiya tam şəffaf şəkildə olmalıdır, yəni, pasient bunu görməlidir. Pəncərədən və yaxud da hansısa bir tərəfdən görməlidir ki, düzgün sterilizasiya olunur, yoxsa yox. Alətlər var ki, bir dəfə istifadə olunur. Həmin alətlər mütləq bir dəfə istifadə olunub tullanılmalıdır. Məsələn, alətlər var ki kəlbətinlərdir və yaxud da terapevtik alətlər, onlar avtoklav olunur. Əgər düzgün şəkildə sterilizasiya qaydalarına riayət olunsa, o zaman heç bir xəstəlik olmaz. Ona görə ki hepatitlər və yaxud da digər VİÇ infeksiyaları 150-200 dərəcədən sonra artıq məhv olur. Avtoklavda isə olan dərəcələr 600-800 dərəcəyə qədər çatır".

Stamotoloq Anar Nəbizadə: "Əsas həkim təmizliyi olmalıdır. Hər şey stirel qaydada olmalı və alətlər stirel ücün dezinfeksiya məhsullarından istifadə etmək lazımdır. Virus qaraciyər və qanda tapılır. Ən çox stamotologiyada qanla keçir. İki adama eyni iynə vurularsa, yoluxma ola bilir. Bunun ən məşhur forması narkotik istifadəsidir. Digər yoluxma yolu qan nəqlidir. Bədən mayelərində virus olması ücün bu mayelərə qan qarışması lazımdır. Eyni istifadə edilərək edilən peyvəndlər, əməliyyatlar yoluxucu ola bilər. Eyni ülgüc və diş fircası istifadə etmək bunların qanla təmasda olması yoluxucu ola bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə