ABŞ-də inflyasiya gözləntiləri üstələdi

ABŞ-də İstehlak Qiymətləri İndeksi sentyabr ayında gözləntilərin üzərində aylıq 0,2, illik bazda isə 2,4 faiz artıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, əsas İstehlak Qiymətləri İndeksi sentyabr ayında 0,3 faiz artaraq 0,2 faiz gözləntiləri aşıb.

Sentyabrda istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz artıb. Gözlənti 0,1 faiz artım olacağı idi. Baza inflyasiyası illik 3,3 faiz təşkil edib. Enerji məhsullarının qiymətləri 1,9 faiz azaldığı halda, ərzaq məhsullarının qiymətləri 0,4 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə