Tramp Harrislə yeni debatdan geri çəkildi

Siyasətçi bu barədə “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb

ABŞ-ın keçmiş başçısı və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hazırkı vitse-prezident Kamala Harrislə yeni debatda iştirakdan geri çəkilib.

SİA-nın əldə etdiyi məlumata görə, siyasətçi bu barədə “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, "Debat keçirmək üçün artıq gecdir. Proses artıq həddən artıq uzağa gedib, səsvermə artıq başlayıb - revanş olmayacaq!”

D.Tramp əlavə edib ki, K.Harrisin indiki prezident Co Bayden kimi hər şeyi edəcəyini bu yaxınlarda elan etməsi, başqa bir müzakirənin lazımsız olduğunu göstərir.

“Baydenin yerinə prezident olsam, ondan fərqli heç nə etmərəm”. Bu barədə ABŞ-da prezidentliyə namizəd Kamala Harris ABC-də yayımlanan “The View” verilişində deyib. “Mən müəyyən təsirə malik qərarların əksəriyyətində iştirak etmişəm”, - deyə o bildirib.

Harris ABŞ dövlət başçısı Co Baydenin iyulda prezident seçkiləri marafonundan çəkilməsini öyrəndikdən sonra ilk işinin keşişə zəng etmək olduğunu deyib. “Mənə Allahla danışmaq və dua etmək lazım idi”,- deyə Harris əlavə edib.

Qeyd edək ki ötən gün CBS telekanalı Harrisin “60 dəqiqə” verilişində müsahibəsini yayımlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə