Ötən ay 146 kiloqram narkotik dövriyyədən çıxarılıb - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, nəticədə narkoşəbəkənin daha 20 üzvü saxlanılıb:

"Onların sırasında narkotiklərin əsas tədarükçülərindən olan şəxslər də var. Əməliyyatlarla 146 kiloqramdan çox heroin, tiryək, metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 25 min 556 ədəd psixotrop tərkibli metadon həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib".

https://youtu.be/9U94kCkj6Ec

Bütün xəbərlər Facebook səhifəmizdə