Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Növbəti üç gündə bölgələrdə küləkli hava şəraiti gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Belə ki, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Kəlbəcər, Sabirabad, Biləsuvar, Masallı, Şirvan, Neftçala, Lənkəran, Cəlilabad, Goranboy, Naftalan, Gəncə, Şabran, Siyəzən, Xaçmaz, Xızıda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə