Rafael Nadal karyerasını bitirəcəyini açıqlayıb

Rafael Nadal karyerasını bitirəcəyini açıqlayıb

İspaniyalı məşhur tennisçi Rafael Nadal karyerasını bitirəcəyini açıqlayıb. SİA xəbər verir ki, tanınmış raketka ustası qərarını 12 dildə yayımladığı videomüraciətlə elan edib.

O, noyabrın 19-24 İspaniyada təşkil olunacaq Devis Kuboku turnirindən sonra tennislə vidalaşacağını bildirib.

Qeyd edək ki, Rafael Nadal 22 dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə